Kömək

Evdeqal.net layihəsi Premium Bank-ın sponsorluğu ilə Netgroup şirkəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yardım tövsiyyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilmişdir.

 

Evdeqal.net layihəsi nə üçün lazımdır?

Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.


Könüllü sıralarına qoşulmaq istəyən hər bir insanı layihəmizdə qeydiyyatdan keçməyə dəvət edirik. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcəklər, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. 

 

Evdeqal.net saytında “Sosial sorğu” düyməsi nə deməkdir?

Bu o deməkdir ki, sosial yardım almaq istəyən yaşı 65-dən yuxarı olan hər bir kəs bu bölümdə qeydiyyatdan keçə bilər. 

 

Diqqət! Şəxsi məlumatlar saytda göstərilmir. Saytda yalnız Ad və Yaş göstərilir. Yardım etmək istəyən şəxs təsdiq olunduqdan sonra əlaqə nömrəsi və ünvan yardım edən şəxsə ötürülür. Formda əlavə olunan sənəd (şəxsiyyət vəsiqəsinin sürəti) və məlumatlar şəxsi təsdiqləmək üçündür.

 

Evdeqal.net saytında “Könüllü ol” düyməsi nə deməkdir?

Bu o deməkdir ki, sosial yardım etmək istəyən hər bir kəs könüllü olaraq bu bölümdə qeydiyyatdan keçə bilər. 

 

Diqqət! Şəxsi məlumatlar saytda göstərilmir. Yardım etmək istəyən şəxsin əlaqə nömrəsi və digər məlumatlarını yalnız çağrı mərkəzinin operatorları görəcək. Formda əlavə olunan sənəd (şəxsiyyət vəsiqəsinin sürəti) və məlumatlar şəxsi təsdiqləmək üçündür.

 

Evdeqal.net saytında “Köməklik et” düyməsi nə deməkdir?

Bu o deməkdir ki, Siz yardıma ehtiyacı olan insana köməklik etmək istəyirsiniz. Sorğu bizim çağrı mərkəzinin operatorlarına yönləndirilir və onlar Sizə lazımi məlumatları təqdim edəcəklər.  

 

Könüllü yardımı hansı üsullarla çatdıra bilər?

2 üsulla çatdıra bilər: 1) Şəxsən aparıb təhvil verə bilər 2) Bizim kuryerlərimiz vasitəsilə edə bilər. Qeyd: "Premium Bank"ın dəstəyi ilə könüllülərin yardım olaraq aldıqları ərzaq və dərmanların çatdırılması xidməti Bakı şəhəri ərazisində ödənişsizdir.

 

Evdeqal.net saytında çatdırılma varmı?

Hal-hazırda çatdırılma xidməti cağrı mərkəzi vasitəsilə operator tərəfindən aparılır. Amma tezliklə onlayn şəkildə saytda yaradılacaq, bu barədə sizi məlumatlandıracaq.

 

Evdeqal.net operatorunun iş saatları necədir?

Çağrı Mərkəzimiz həftənin 5 günü saat 10:00 - 17:00, Şənbə günü saat 10:00 - 15:00 kimi çalışır. Bazar günü iş günü deyil.