"Net Group" şirkəti “Premium Bank”ın sponsorluğu ilə 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq www.evdeqal.net layihəsinə start verib

 

Dünyada Koronavirus pandemiyasının yayılması hər bir təşkilatı və qurumu bu virusla mübarizə yollarının axtarmasına, həmçinin texnoloji həllərin yaratmasına sövq edir. Dövlətimizin başçısının müvafiq Fərmanı ilə ölkəmizdə bu bəlaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması və bütün cəmiyyətimizin Prezidentin təşəbbüsünə dəstək verməsi xalqın həmrəyliyinin və dövlətinə inamının ifadəsidir.

 

Evdeqal.net layihəsi Premium Bank-ın sponsorluğu ilə Netgroup şirkəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yardım tövsiyyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilmişdir.

 

Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır. www.evdeqal.net

 

Könüllü sıralarına qoşulmaq istəyən hər bir insanı layihəmizdə qeydiyyatdan keçməyə dəvət edirik. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcəklər, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü “RAHAT” supermarketlər şəbəkəsinə bildiririk.

 

Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!