Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur

HAQQIMIZDA

Evdeqal.net layihəsi Premium Bank-ın sponsorluğu ilə Netgroup şirkəti tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial yardım tövsiyyələrinə və Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan olunmuş xüsusi karantin rejimində 65 yaşdan yuxarı tənha yaşayan insanların zəruri ehtiyaclarının təmin olunmasına dəstək olaraq hazırlanıb istifadəyə verilmişdir.


Layihənin məqsədi ölkəmizdə əvəzsiz bir sosial fəaliyyətin təşkilinə dəstək olmaq və heç bir maddi qazanc güdmədən ehtiyacı olanlara yardım etmək, sevinc hisslərinin yaranmasına səbəb olmaqdır.

Könüllü sıralarına qoşulmaq istəyən hər bir insanı layihəmizdə qeydiyyatdan keçməyə dəvət edirik. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik. Könüllülər zəruri malların və dərmanların alınmasında yardım göstərəcəklər, kuryerlərimiz isə ünvanlara çatdırmaları həyata keçirəcəklər. Bu layihədə iştiraka görə ayrıca təşəkkürümüzü “RAHAT” supermarketlər şəbəkəsinə bildiririk.​

 

Sosial dəstəyə ehtiyacı olanlara qayğı və hörmət göstərmək hər birimizin borcudur!​

İANƏ ET

Əgər Siz anonim ianələr etmək istəyirsinizsə, yalnız məbləği qeyd edə bilərsiniz.

SOSİAL DƏSTƏK SORĞULARI

Ədalətli olmaq üçün köməklik edilən sorğular müvəqqəti olaraq saytdan çıxarılır.

Yaşlılara kömək hər birimizin borcudur

Süleyman Əliyev
Könüllü

Birlikdə güclüyük!

Samir Ağabəyov
Könüllü

Hamımız iştirak etməliyik

Rəvanə İsgəndərova
Könüllü

SON XƏBƏRLƏR